Yuxarı

Çavuşoğlu: "Türkiyə Aİ ilə vizasız rejim məsələsində nəticə əldə etmək istəyir"

Türkiyə XİN rəhbəri: Viza liberallaşması üzrə tərəqqi olmadığı təqdirdə Türkiyə readmissiya haqqında razılaşmanı dayandırmaq məcburiyyətində qalacaq

Bakı. 7 iyun. REPORT.AZ/ Şengen zonası ilə viza  liberallaşması haqqında razılaşmalarda nəticələr əldə olunmadığı təqdirdə Türkiyə Aİ ilə  readmissiya haqqında razılaşmanı dayandırmaq məcburiyyətində qalacaq.

"Report" "TASS"a istinadən xəbər verir ki, bunu TRT telekanalının efirində Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib. 

"Avropanın bizə qarşı mövqeyi türklərin Aİ-yə qarşı etimad səviyyəsini azaldır. Biz hələ də qətiyyətlə avrointeqrasiya ilə bağlı işi davam etdiririk və vizaların ləğv olunması məsələsində nəticə əldə etmək istəyirik", - nazir qeyd edib. 

O vurğulayıb ki, viza liberallaşması üzrə tərəqqi olmadığı təqdirdə Türkiyə readmissiya haqqında razılaşmanı dayandırmaq məcburiyyətində qalacaq.

Bu razılaşma vizaların ləğvi üçün əsas şərtlərdən biridir və Türkiyə və Aİ-nin qeyri-qanuni miqrasiya ilə mübarizə ilə bağlı martın 18-də Brüsseldə əldə olunan razılaşmaların həyata keçirilməsinə ciddi təsir göstərə bilər. Bu qanun parlament tərəfindən bəyənilib, Aİ və Türkiyə ərazisində qeyri-qanuni yaşayan və ya barələrində saxlanılma və ya həbs haqqında məhkəmə sərəncamı olan şəxslərin deportasiya imkanını nəzərdə tutur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi