Bakı. 7 fevral. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri İsrail rəsmilərinin iştirakı səbəbi ilə Münhendə keçirilən 51-ci Təhlükəsizlik konfransını tərk edib.
"Report" NTV telekanalına istinadla xəbər verir ki, İsrail nümayəndə heyəti M.Cavuşoğlunun çıxış edəcəyi Orta Şərq üzrə sessiyaya son anda dəvət olunub. Bu da Türk tərəfinin etirazına səbəb olub.
M.Cavuşoğlunun sözlərinə görə, bu qərar Türkiyə-Almaniya əlaqələrinə mənfi təsif göstərməyəcək: "Mən konfransda iştirak etmək niyyətində idim, təşkilatçılar İsrail nümayəndələrini iştiraxçılar siyahısına daxil edəndən sonra qərarım dəyişdi. Bu beynəlxaql konfransdır. Qərarım Berlin-Ankara əlaqələrinə təsir edə bilməz".