Mövlud Çavuşoğlu: “Əfqanıstanda 1 500-dən çox vətəndaşımız var”

Mövlud Çavuşoğlu: “Əfqanıstanda 1 500-dən çox vətəndaşımız var” Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu Əfqanıstandakı son vəziyyəti dəyərləndirib.
Digər ölkələr
19 Avqust , 2021 12:15
Mövlud Çavuşoğlu: “Əfqanıstanda 1 500-dən çox vətəndaşımız var”
Mövlud Çavuşoğlu

Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu Əfqanıstandakı son vəziyyəti dəyərləndirib.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, nazir Türkiyənin “Taliban”la təmaslarından danışıb.

“Hazırda “Taliban”la müxtəlif kanallarla əlaqə saxlayırıq. Həm Kabildə, həm də Dohada təmaslarımız var. İndi bunun olması da lazımdır. Qruplaşma Kabilə girmədən əvvəl siyasi qanadı Türkiyəyə dəvət etmişdik. Bilirsiniz ki, hava limanı ilə bağlı fikir ayrılıqları var idi. Əfqanıstanda təqribən 1 500 vətəndaşımız var. Təxliyə işləri davam edir, amma onların hamısı qayıtmaq istəmir. Fikrini dəyişənlər var”, - Çavuşoğlu deyib.

Nazir qurulacaq yeni hökumətlə bağlı da fikir bildirib: “Əvvəlcə hökumətin necə qurulacağını görmək lazımdır. Bu mövzuda mövqeyimizin eyni olması üçün bütün ölkələrlə görüşürük. Beynəlxalq birliklə birgə hərəkət edəcəyik. Hazırda ABŞ, Çin və Rusiya ilə həmfikirik”.

Son xəbərlər

Orphus sistemi