CAR Qəzzadakı hadisələrə görə İsraildəki səfirini geri çağırıb

CAR Qəzzadakı hadisələrə görə İsraildəki səfirini geri çağırıb Ölkə hökuməti İsrail ordusunun Qəzza zolağında törətdiyi sərt zorakılıq aktını qəti şəkildə pisləyib
Digər ölkələr
15 May , 2018 00:06
CAR Qəzzadakı hadisələrə görə İsraildəki səfirini geri çağırıb

Bakı. 15 may. REPORT.AZ/ Cənubi Afrika Respublikası bu gün Qəzzada 55 fələstinlinin ölümü ilə nəticələnən hadisələrdən sonra İsraildəki səfirini geri çağırmaq qərarına gəlib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "News24" portalı yazıb.

"Cənubi Afrika hökuməti İsrailin son hücumlarının qeyri-müəyyənliyini və ciddiliyini nəzərə alaraq, səfir Sis Nqombaneni növbəti göstərişlərə qədər dərhal geri çağırmaq qərarına gəldik", — deyə ölkənin Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Nazirliyinin nümayəndəsi Nvidhuvo Mabaya bildirib.

Onun sözlərinə görə, hökumət İsrail ordusunun bu günlərdə Qəzza zolağı sərhədi boyunca törətdiyi sərt zorakılıq aktını ən qəti şəkildə pisləyir.

Son xəbərlər

Orphus sistemi