CAR Prezidentində virus aşkarlanıb

CAR Prezidentində virus aşkarlanıb Cənubi Afrika Respublikasının (CAR) Prezidenti, 69 yaşlı Siril Ramafosa COVID-19-a yoluxub və özünü təcrid edir.
Digər ölkələr
108
13 Dekabr , 2021 01:52
CAR Prezidentində virus aşkarlanıb
Siril Ramafosa

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti, 69 yaşlı Siril Ramafosa COVID-19-a yoluxub və özünü təcrid edib.

“Report” xəbər verir ki, bu barədə ölkə başçısının dəftərxanası tviterdə məlumat yayıb.

Məlumata görə, o, səlahiyyətlərini müvəqqəti olaraq Vitse-prezident Devid Mabuzeyə təhvil verib.

"Prezident Siril Ramafosa, bazar günü virus infeksiyası üçün müsbət test etdikdən sonra yüngül COVID-19 simptomlarına qarşı müalicə alır", - Prezidentin dəftərxanasının tviterdə yayılan bəyanatında deyilir.

Qeyd olunur ki, Prezident Keyptaunda keçirilən tədbirə qatıldıqdan sonra özünü pis hiss edib. O indi yaxşı əhval-ruhiyyədədir və CAR-ın Müdafiə Qüvvələrinin hərbi tibb xidmətinin mütəxəssislərinin nəzarəti altındadır.

“Tam peyvənd olunmuş Prezident Keyptaunda özünü təcrid edib və gələn həftə (bu həftə-red) üçün bütün səlahiyyətləri Vitse-prezident David Mabuzeyə verib”, - deyə məlumatda bildirilir.

Daha əvvəl Qərbi Afrika turundan qayıdan Ramafosa bir neçə dəfə COVID-19 testindən keçib. Onu müşayiət edən nümayəndə heyətinin üzvlərinin testlərinin nəticələri mənfi olub.

Prezident ölkə sakinlərini peyvənd edilməyə və ayıq-sayıq olmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi