CAR parlamentinin binası yanğın nəticəsində çöküb, saxlanılan var

CAR parlamentinin binası yanğın nəticəsində çöküb, saxlanılan var Cənubi Afrika Respublikasının paytaxtı Keyptaun şəhərində yerləşən parlamentin binasında yanğın başlayıb.
Digər ölkələr
2 Yanvar , 2022 15:43
CAR parlamentinin binası yanğın nəticəsində çöküb, saxlanılan var

Cənubi Afrika Respublikasının paytaxtı Keyptaun şəhərində yerləşən parlamentin binası yanğın nəticəsində çöküb.

"Report" xəbər verir ki, bu barədə Cənubi Afrikanın "News24" xəbər portalı məlumat yayıb.

Yanğının söndürülməsi davam edir. Yanğının qəsdən törədildiyi ehtimal olunur. Hadisə ilə bağlı 1 nəfər saxlanılıb.

Qeyd edək ki, parlamentin tarixi binası 1884-cü ildə tikilib.

Yanğının söndürülməsinə əvvəlcə 6 yanğınsöndürmə briqadası və 36 yanğınsöndürən gəlib, daha sonra əlavə qüvvələr cəlb olunub.

Parlament binasının ətrafı mühasirəyə alınıb. İstintaq başlayıb.

10:47

Cənubi Afrika Respublikasının paytaxtı Keyptaun şəhərində yerləşən parlamentin binasında yanğın başlayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, yanğını söndürmək üçün əraziyə əlavə qüvvələr cəlb edilib. Yanğının lokallaşdırılması mümkün deyil.

Şəhərin yanğınsöndürmə və xilasetmə xidmətinin rəhbəri Cermeyn Karels “News24” portalına bildirib ki, yanğın nəticəsində damdakı bitum da əriyir:

“Bu da vəziyyətin ciddiliyindən xəbər verir. Həmçinin binanın bəzi divarlarının çatladığı, uçma ehtimalının olduğu barədə məlumatlar var”.

Son xəbərlər

Orphus sistemi