CAR-da binada baş verən yanğında ölənlərin sayı 73-ə çatıb - YENİLƏNİB

CAR-da binada baş verən yanğında ölənlərin sayı 73-ə çatıb - YENİLƏNİB Cənubi Afrikanın ən böyük şəhəri Yohannesburqun mərkəzində beşmərtəbəli binada yanğın baş verib.
Digər ölkələr
31 Avqust , 2023 16:10
CAR-da binada baş verən yanğında ölənlərin sayı 73-ə çatıb - YENİLƏNİB

Cənubi Afrika Respublikasının (CAR) ən böyük şəhəri Yohannesburqun mərkəzində beşmərtəbəli binada baş verən yanğında ölənlərin sayı 73-ə çatıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, ölənlərdən 7-si uşaqdır. Ölənlərin sayının artacağı istisna edilmir.

Son məlumata görə, 43 nəfər yaralanıb.

11.17

Cənubi Afrika Respublikasının (CAR) ən böyük şəhəri Yohannesburqun mərkəzində beşmərtəbəli binada baş verən yanğında ölənlərin sayı 63-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Ölənlərin sayının artacağı istisna edilmir.

Son məlumata görə, 43 nəfər yaralanıb.

10.27

Cənubi Afrika Respublikasının (CAR) ən böyük şəhəri Yohannesburqun mərkəzində beşmərtəbəli binada yanğın baş verib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, hadisə nəticəsində azı 56 nəfər ölüb, 43 nəfər yaralanıb.

Yanğın baş verən binada 200-ə yaxın insanın yaşadığı bildirilir.

Məlumata görə, ölənlərdən biri uşaqdır.

Hadisənin səbəbi məlum deyil.

Son xəbərlər

Orphus sistemi