CAR-da təyyarənin mühərrikində on minlərlə arı yuva salıb - VİDEO

CAR-da təyyarənin mühərrikində on minlərlə arı yuva salıb - VİDEO Bakı. 28 sentyabr. REPORT.AZ/ CAR-da bir neçə on min arı dəstəsi təyyarələrdən birinin mühərrikində yuva salıb. Durban Kral Şaka Aeroportunun administrasiyası həşərətların yeni yaşayış yerlərini tərk etmək istəməmələri səbəbindən üç aviareysi təxirə salmalı olub.
Digər ölkələr
28 Sentyabr , 2018 05:57
CAR-da təyyarənin mühərrikində on minlərlə arı yuva salıb - VİDEO

Bakı. 28 sentyabr. REPORT.AZ/ CAR-da bir neçə on min arı dəstəsi təyyarələrdən birinin mühərrikində yuva salıb. Durban Kral Şaka Aeroportunun administrasiyası həşərətların yeni yaşayış yerlərini tərk etmək istəməmələri səbəbindən üç aviareysi təxirə salmalı olub.

“Report” xəbər verir ki, arıların təyyarəsində məskən saldığı "Mango Airlines" daşıyıcısının "Twitter" mikrobloquna yerləşdirilən məlumata görə, dəstələrdən bir hissəsi hətta bir qədər bal da toplaya bilib.

Sonda hava limanı əməkdaşları hadisə yerinə mütəxəssis çağırmalı olublar. Onlar əraziyə gəldikdən yarım saat sonra problemi həll ediblər.

Bildirilir ki, tüstüdən istifadə yuvaların mühərrikə və yanacaqötürmə sisteminə yaxın olması səbəbindən istisna edilib. Arıçılar həşəratları əlləri ilə qovaraq xüsusisi qəfəsə salıblar.

Son xəbərlər

Orphus sistemi