Yuxarı

​CAR-da meşə yanğını nəticəsində 9 nəfər ölüb, mindən çox insan didərgin düşüb

Sinoptiklər yayın isti və quraq keçəcəyini proqnozlaşdırırlar

Bakı. 28 dekabr. REPORT.AZ/ Cənubi Afrika Respublikasının (CAR) Keyptaun rayonunda meşələrdə baş verən yanğın nəticəsində 9 nəfər ölüb, mindən çox insan didərgin düşüb.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Məlumata görə, yanğının baş verməsinə səbəb kimi havaların isti və küləkli keçməsi göstərilib.

CAR-da yay başlayıb. Sinoptiklər bu fəsilin isti və quraq keçəcəyini proqnozlaşdırırlar.

İnformasiyaya əsasən, CAR-la yanaşı Afirkanın cənubundakı başqa dövlətlərdə də əlverişsiz hava şəraitinin olacağı gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi