Yuxarı
    Bağlamaq

    ​CAR-da hakim partiya üzvlərinin avtobusu aşıb, 11 nəfər ölüb, 59-u yaralanıb

    Yaralılardan 21 nəfərinin vəziyyəti ağırdır

    Bakı. 17 aprel. REPORT.AZ/ CAR-da avtobusun yoldan çıxaraq aşması nəticəsində hakim Afrika Milli Konqresi partiyasının 11 üzvü ölüb, daha 59 nəfər yaralanıb.

    "Report" "BusinessDay" nəşrinə istinadən xəbər verir ki, qəza siyasətçilər Port Elizabetdə seçkiqabağı tədbirdən Yohannesburqa qayıdan zaman baş verib.

    Yol qəzasının hansı səbəbdən baş verdiyi məlum deyil.

    Təcili yardım xidmətinin məlumatına görə, yaralılardan 21 nəfərinin vəziyyəti ağırdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi