CAR-da baş vermiş dəmiryol qəzasında ölənlərin sayı artıb - YENİLƏNİB

CAR-da baş vermiş dəmiryol qəzasında ölənlərin sayı artıb - YENİLƏNİB Sərnişinləri daşıyan qatar yük maşını ilə toqquşaraq relsdən çıxıb və yanıb
Digər ölkələr
4 Yanvar , 2018 21:16
CAR-da baş vermiş dəmiryol qəzasında ölənlərin sayı artıb - YENİLƏNİB

Bakı. 4 yanvar. REPORT.AZ/ Cənubi Afrika Respublikasında (CAR) baş vermiş dəmiryol qəzasında ölənlərin sayı 18 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "eNCA" telekanalı yerli "Prasa" dəmiryol şirkətinə istinadən xəbər verib.

Bildirilir ki, hadisə zamanı 260 nəfər xəsarət alıb. Yaralıların çoxunun vəziyyəti ağırdır.

Qeyd edək ki, bundan əvvəl qəzada ölənlərin sayının 12 nəfər olduğu bildirilirdi.

Qəza ölkənin Hennenman və Krunstad yaşayış məntəqələri arasında qatarın yük maşını ilə toqquşması nəticəsində baş verib.


***18:05

Cənubi Afrika Respublikasında baş vermiş dəmir yolu qəzasında xəsarət alanların sayı 260 nəfərədək artıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər ölüb.

Yaralıların bir çoxunun vəziyyəti ağırdır.

Hadisə ölkənin Hennenman və Krunstad yaşayış məntəqələri arasında qatarın yük maşını ilə toqquşması nəticəsində baş verib. Toqquşmanın ardından qatarın bir neçə vaqonu relsdən çıxıb və qatar yanıb.

Port-Elizabetdən Yohannesburqa gedən qatarda 713 sərnişin olub.

Son xəbərlər

Orphus sistemi