Cakartada ticarət mərkəzində qaz partlaması nəticəsində 13 nəfər yaralanıb

Cakartada ticarət mərkəzində qaz partlaması nəticəsində 13 nəfər yaralanıb Polis: 13 nəfər yanıq xəsarətləri alıb, onlardan yeddisi ağır yaralanıb
Digər ölkələr
19 May , 2016 13:27
Cakartada ticarət mərkəzində qaz partlaması nəticəsində 13 nəfər yaralanıb

Bakı. 19 may. REPORT.AZ/ İndoneziyanın paytaxtı Cakartanın cənubunda yerləşən ticarət mərkəzində partlayış olub. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, qaz partlaması nəticəsində 13 nəfər yaralanıb.

"Jakarta Post" nəşrinin məlumatına görə, hadisə bu gün səhər Cənubi Cakarta bələdiyyəsində baş verib. Partlayış "Gandaria City Mall" ticarət mərkəzinin aşağı mərtəbələrinin birində olub.

Yerli polis nümayəndəsinin verdiyi məlumata görə, partlayış nəticəsində 13 nəfər yanıq xəsarətləri alıb, onlardan yeddisi ağır yaralanıb.

Son xəbərlər

Orphus sistemi