BVF Salvadora maliyyə yardımı edəcək

BVF Salvadora maliyyə yardımı edəcək Beynəlxalq Valyuta Fondu (BVF) Salvadorun COVID-19 ilə mübarizə üçün 389 milyon ABŞ dolları məbləğində təcili maddi yardım tələbini müsbət cavablandırıb.
Digər ölkələr
15 Aprel , 2020 07:58
BVF Salvadora maliyyə yardımı edəcək

Beynəlxalq Valyuta Fondu (BVF) Salvadorun COVID-19 ilə mübarizə üçün 389 milyon ABŞ dolları məbləğində təcili maddi yardım tələbini müsbət cavablandırıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə fondun saytında məlumat verilib.

BVF-nin açıqlamasında deyilir ki, Salvador koronavirusun yayılmasının qarşısını almaq üçün sərt tədbirlər görməyə başlayıb və bu da öz növbəsində ölkədəki iqtisadi vəziyyətə mənfi təsir göstərəcək.

Qeyd olunub ki, ayrılacaq maliyyə yardımı ölkədə lazımi likvidliyi təmin edəcək, bu da hakimiyyəti böhranın öhdəsindən gəlməyə, artan səhiyyə xərclərini ödəməyə kömək edəcək.

Son xəbərlər

Orphus sistemi