Buxarestdə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb - FOTO

Buxarestdə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb - FOTO Tədbir Azərbaycan səfiri, SOCAR rəsmisi, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər
Digər ölkələr
12 Dekabr , 2016 17:16
Buxarestdə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb - FOTO

Buxarest. 12 dekabr. REPORT.AZ/ Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar Buxarest şəhərinin mərkəzində yerləşən Tey Parkı-Heydər Əliyev xiyabanında anım mərasimi keçirilib.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov, SOCAR-ın Rumıniyadakı "SOCAR Petroleum SA" şirkətinin baş direktoru Həmzə Kərimov, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası İdarə Heyətinin üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Buxarest şəhərində ucaldılan büstün önünə əklillər qoyulub. 

Son xəbərlər

Orphus sistemi