Yuxarı

​Rumıniyada sərnişin təyyarəsi qəza enişi edib

Sərnişin və heyət üzvləri təhlükəsiz yerə təxliyə ediliblər

Buxarest, 9 iyul. REPORT.AZ/ “Qatar Airways” şirkətinə məxsus təyyarə Rumıniyanın paytaxtı Buxarest şəhərinin Henri Koanda adına Beynəlxalq hava limanında (Otopeni) qəza enişi edib. "Report"un Şərqi Avropa bürosu xəbər verir ki, Oslo-Doha istiqamətində hərəkət edən “Boeing 787 Dreamliner” təyyarəsinin göyərtəsində ekipaj üzvləri ilə birgə 260 sərnişin olub.

Sərnişin və heyət üzvlərinin həyatı üçün heç bir təhlükə yoxdur. Onlar təhlükəsiz yerə təxliyə ediliblər. Otopeni hava limanına təyyarə Bakı vaxtı ilə saat 15:08-də qəza enişi edib. Buna səbəb hava gəmisinin mühərrikinin birinin sıradan çıxması olub. Hava limanının sözçüsü Valentin İordakenin sözlərinə görə, hazırda aeroportun texniki briqadası təyyarədə yaranan nasazlığı aradan qaldırmağa çalışır.

”Otopeni hava limanında "Qatar Airways" şirkətinin nümayəndəliyi var. Sərnişinlərin təmirdən sonra bu təyyarə və ya başqa birisi ilə Dohaya yola salınması qərarını “Qatar Airways” şirkətinin nümayəndələri verəcəklər”,- deyə V. İordake əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi