Buxarestdə Rumıniya və İtaliya prezidentləri arasında görüş olub

Buxarestdə Rumıniya və İtaliya prezidentləri arasında görüş olub ​Klaus İohannis: "Aİ Rusiyaya qarşı sanksiyaları Minsk sazişi tam yerinə yetirilənədək davam etdirməlidir"
Digər ölkələr
14 İyun , 2016 21:00
Buxarestdə Rumıniya və İtaliya prezidentləri arasında görüş olub

Buxarest. 14 iyun. REPORT.AZ/ Rumıniya prezidenti Klaus İohannis İtaliya prezidenti Serjio Mattarellanı qəbul edib. 

"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, görüşdən sonra hər iki dövlət başçısı mətbuata birgə bəyanatlarla çıxış ediblər. 

K.İohannis bildirib ki, İtaliyada yaşayan rumın icmasının bu ölkənin sosial-ictimai həyatına fəal inteqrasiyası üçün birgə səy göstərilməlidir: "Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 13,4 milyard avro olub. İtaliya Rumıniyanın əsas ticarət tərəfdaşlarından biridir". 

Rumıniya prezidenti NATO-nun şərq cinahındakı fəal iştirakına da toxunub: “Biz NATO-nun Varşavada baş tutacaq sammitinə arqumentlərimizi təqdim etmişik. Rusiyanın Qara dəniz hövzəsində təhlükəsizlik balansını pozması hərəkətinə cavab olaraq Rumıniya Alyans qüvvələrinin bütün şərq cinahında proporsional iştirakının təmin edilməsinin tərəfdarıdır". 

K.İohannis Rumıniyanın Ukrayna ilə bağlı məsələdə mövqeyini bir daha bəyan edib: “Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları Minsk sazişi tam yerinə yetirilənədək davam etdirməlidir”- deyə prezident qeyd edib.

S.Mattarella isə Rumıniyanın Şengen zonasına daxil olmasına tam dəstək verəcəyini bildirib: "Şengen zonasına qoşulmaqla Rumıniya Aİ-də həmrəyliyin artmasına, qurumun xarici sərhədlərinin daha da möhkəmlənməsinə mühüm töhfəsini verəcək".

Daha sonra prezidentlər hər iki ölkənin iş adamlarının da qatıldığı “Rumıniyada İtaliya sərmayələri - dünya iqtisadiyyatında Avropa yolu” adlı forumda iştirak ediblər. 

Son xəbərlər

Orphus sistemi