Burkina Fasoda xunta lideri özünü prezident elan edib

Burkina Fasoda xunta lideri özünü prezident elan edib Yanvarın 24-də Burkina Fasoda həyata keçirilən çevrilişin arxasında dayanan polkovnik-leytenant Pol-Henri Sandaoqo Damiba özünü ölkənin Prezidenti və Ali baş komandanı elan edib.
Digər ölkələr
1 Fevral , 2022 01:49
Burkina Fasoda xunta lideri özünü prezident elan edib

Yanvarın 24-də Burkina Fasoda həyata keçirilən dövlət çevrilişinin arxasında dayanan polkovnik-leytenant Pol-Henri Sandaoqo Damiba özünü ölkənin Prezidenti və Ali baş komandanı elan edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, yerli mətbuatda dərc olunan fərmana əsasən artıq bütün səlahiyyətlər orduya məxsusdur.

Dövlət televiziyasında oxunan fərmanda yanvarın 24-də ləğv edilmiş konstitusiyanın yenidən bərpa olunduğu və bütün səlahiyyətlərin hərbçilərə verildiyi bildirilib.

Qeyd edilir ki, “Mühafizə və Yeniləşmə Uğrunda Vətənpərvər Hərəkat” xuntasının lideri, polkovnik-leytenant Damiba Prezident və Ali baş komandan təyin edilib.

Sərəncamda hökumətdə 2 vitse-prezident və 1 əlaqələndiricinin yer alacağı təsbit olunub.

Bundan əlavə, ölkə ordusunun Baş Qərargah rəisi Gilbert Quedraogo vəzifəsindən azad edilib.

Fərman Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin Burkina Fasonun üzvlüyünü dayandırmasından dərhal sonra verilib.

Qeyd edək ki, Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi (ECOWAS) da yanvarın 28-də Burkina Fasonun quruma üzvlüyünü dayandırıb.

Son xəbərlər

Orphus sistemi