Burkina-Fasoda silahlıların hücumu zamanı onlarla dinc sakin öldürülüb

Burkina-Fasoda silahlıların hücumu zamanı onlarla dinc sakin öldürülüb Burkina-Fasonun şimalında yerləşən kəndlərdən birinə silahlıların hücumu zamanı azı 20 dinc sakin həlak olub.
Digər ölkələr
21 Yanvar , 2020 00:51
Burkina-Fasoda silahlıların hücumu zamanı onlarla dinc sakin öldürülüb

Burkina-Fasonun şimalında yerləşən kəndlərdən birinə silahlıların hücumu zamanı azı 20 dinc sakin həlak olub.

“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən “Maghreb Arabe Press” informasiya agentliyi bildirib.

Məlumata görə, silahlılar Pissila vilayətinin Rofeneqa kəndinə hücüm ediblər. Quldurlar yerli vaxtla gecə saatlarında 40 motosikldə kəndə gəliblər və yerli sakinlərə atəş açıblar.

Cinayətkarlar həmçinin ibtidai məktəb binasını yandırıblar. Hücumun hansı qruplaşmanın silahlıları tərəfindən edildiyi məlum deyil.

Son xəbərlər

Orphus sistemi