Burkina-Fasoda posta edilən hücumda ölənlərin sayı 30 nəfəri ötüb

Burkina-Fasoda posta edilən hücumda ölənlərin sayı 30 nəfəri ötüb Burkina-Fasonun şimalındakı Soum regionunda yerləşən jandarma postuna edilən silahlı hücum nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.
Digər ölkələr
16 Noyabr , 2021 03:41
Burkina-Fasoda posta edilən hücumda ölənlərin sayı 30 nəfəri ötüb

Burkina-Fasonun şimalındakı Soum regionunda yerləşən jandarma postuna edilən silahlı hücum nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” hökumətin bəyanatına istinadən məlumat yayıb.

Ölənlərdən dördü mülki şəxs, digərləri isə hərbçilərdir. Ölkədə bazar günündən etibarən üç günlük matəm elan edilib.

Agentlik qeyd edir ki, hücum qızıl mədəninin yaxınlığında naməlum şəxslər tərəfindən həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi