Burkina-Fasoda polkovnik İsaak Zida hakimiyyəti ələ keçirib

Burkina-Fasoda polkovnik İsaak Zida hakimiyyəti ələ keçirib Zida dövlət başçısı səlahiyyətlərini öz üzərinə götürdüyünü açıqlayıb
Digər ölkələr
1 Noyabr , 2014 10:15
Burkina-Fasoda polkovnik İsaak Zida hakimiyyəti ələ keçirib

Bakı. 1 noyabr. REPORT.AZ/ Polkovnik İsaak Zida Burkina-Fasoda hakimiyyəti ələ keçirib və dövlət başçısı səlahiyyətlərini üzərinə götürdüyünü açıqlayıb. "Report" "Reuters"ə istinadən xəbər veri ki, bu barədə İ.Zida yerli "BF-1" televiziya kanalındakı müraciətində bildirib. 

Bir sutka əvvəl Burkina-Fasonun Silahlı Qüvvələr komandanı general Onore Traore özünü dövlət başçısı elan edib. Lakin bir çox nümayişçilər O.Traorenin ölkə prezidenti Blez Kompaorenin köməkçisi olması səbəbindən onun namizədliyinə qarşı çıxıblar.  Bəyanat verdikdən sonra general bir dəfə də olsun kütlə qarşısına çıxmayıb. Onun harada olması haqqında məlumat yoxdur. 

Burkina-Fasonun paytaxtı Uaqaduquda kütləvi etirazlar oktyabr ayının 28-də başlayıb. Minlərlə insan 1987-ci ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gələn Kompaorenin prezidentlik müddətinin daha da artırılmasına etiraz əlaməti olaraq  küçələrə axışıb. 

Oktyabr ayının 30-da nümayişçilər parlament binasını nəzarətə götürüblər. Oktyabrın 31-də Kompaore istefa edib. 

Son xəbərlər

Orphus sistemi