Burkina Fasoda jandarma hücum olub, 9 hərbçi ölüb, 19 nəfər yaralanıb

Burkina Fasoda jandarma hücum olub, 9 hərbçi ölüb, 19 nəfər yaralanıb Afrikanın qərbində yerləşən Burkina Fasoda jandarm qüvvələrinə naməlum şəxslərin silahlı hücumu nəticəsində 9 hərbçis ölüb, 19 nəfər yaralanıb.
Digər ölkələr
23 Noyabr , 2021 12:38
Burkina Fasoda jandarma hücum olub, 9 hərbçi ölüb, 19 nəfər yaralanıb

Afrikanın qərbində yerləşən Burkina Fasoda jandarm qüvvələrinə naməlum şəxslərin silahlı hücumu nəticəsində 9 hərbçis ölüb, 19 nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, hadisə Burkina Fasonun Sanmatenqa əyalətinin Fube rayonunda baş verib.

Məlumata görə, bu ölkədə bir çox silahlı qruplar fəaliyyət göstərir, ancaq bu hücumun məsuliyyətini hələlik üzərinə götürən olmayıb.

Qeyd edək ki, noyabrın 14-də oxşar hücum nəticəsində 32 nəfər ölüb. Qonşu Malidəki terrorçu “əl-Qaidə” və İŞİD-ə bağlı olan terrorçu qrupla 2015-ci ildən indiyədək ölkənin şimal və şərqində tez-tez hücumlar həyata keçirirlər. BMT-nin məlumatına əsasən, belə hücumlar nəticəsində bu ilin əvvəlindən Burkina Fasonu 17 500 nəfər tərk etməyə məcbur olub.

Son xəbərlər

Orphus sistemi