Bakı. 22 sentyabr. REPORT.AZ/ Brukino-Fasoda dövlət çevrilişinin təşkilatçısı olan general Jilber Dendere ölkə vətəndaşlarından üzr istəyib.
"Report" xəbər verir ki, bu haqda "BBC" məlumat yayıb.
General bildirib ki, bu addımı atmaqla ölkədə qan tökülməsindən qaçmaq istəyib.
O, seçkilərdən sonra hakimiyyətdən gedəcəyinə və ölkənin idarəçiliyini yeni hökumətə ötürəcəyinə söz verib.
Son 4 gündə ölkədə hərbçilərlə etirazçılar arasında baş verən qarşıdurma nəticəsində 10 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
Xatırladaq ki, sentyabrın 17-də Burkina-Fasonda dövlət çevrilişi baş verib.
Ölkə keçid parlamentinin sədri Şərif Say xalqı dövlət çevrilişinə qarşı çıxmağa çağırıb.
Burkina-Faso hərbçilərinin liderləri prezident səlahiyyətlərini müvəqqəti icra edən Mişel Kafandonu vəzifədən kənarlaşdırıblar. Hərbçilər müvəqqəti hökumətin işinə xitam verildiyi barədə də məlumat yayıblar. Eyni zamanda, prezidentin mühafizəsi M.Kafandonu, baş naziri və bir neçə naziri girov götürüb, onları gizli yerdə saxlayır.