Bu ölkədə koronavirusdan dualarla qorunurlar

Bu ölkədə koronavirusdan dualarla qorunurlar İndoneziyanın səhiyyə naziri, ixtisasca hərbi həkim Teravan Aqus Putranto ölkəsində koronavirusun qeydə alınmadığını açıqlayıb.
Digər ölkələr
323
21 Fevral , 2020 12:59
Bu ölkədə koronavirusdan dualarla qorunurlar

İndoneziyanın səhiyyə naziri, ixtisasca hərbi həkim Teravan Aqus Putranto ölkəsində koronavirusun qeydə alınmadığını açıqlayıb. 

“Report” “South China Morning Post”a istinadən xəbər verir ki, nazir 267 milyon əhalisi olan bir ölkədə yoluxucu virusa rastlanmamasını belə izah edib: “Allaha borcluyuq. Dualarımızın sayəsindədir. Belə bir şeyin ölkəmizə çatmasını istəmərik”.

İndoneziya mətbuatı isə ölkədə 104 nəfərdən artıq sakinin koronavirus testindən keçdiyini yazıb.

Qeyd edək ki, Cənub Şərqi Asiyanın Sinqapur, Yaponiya, Tailand, Cənubi Koreya, Tayvan, Vyetnam, Honkonq və Kamboca kimi ölkələrində koronavirusa yoluxma halları aşkarlanıb. Alimlərin əksəriyyəti də İndoneziyada koronavirusa yoluxma halına rastlanmaması ehtimalının çox aşağı olduğunu hesab edirlər. Buna səbəb kimi isə ötən ilin noyabr və dekabr aylarında virusun ocağı Çinin Uhan şəhərindən İndoneziyaya 100 min nəfərin gəlməsidir. 

Hətta Harvard Universitetinin araşdırması da İndoneziyada koronavirusa yoluxanların sayının ən azı 5 nəfər olduğunu göstərir. 

Son xəbərlər

Orphus sistemi