Bu ölkədə baş nazirə müstəsna hüquq verildi

Bu ölkədə baş nazirə müstəsna hüquq verildi Malayziyanın hakim koalisiyası olan “Ümid ittifaqı”nın Ali Şurasının ölkənin 94 yaşlı Baş naziri Mahathir Mohamadın vəzifəsindən ayrılmaqla bağlı qərarı hökumət başçısının müstəqil şəkildə qərar qəbul etməsinə icazə verib.
Digər ölkələr
22 Fevral , 2020 12:44
Bu ölkədə baş nazirə müstəsna hüquq verildi

Malayziyanın hakim koalisiyası olan “Ümid ittifaqı”nın Ali Şurasının ölkənin 94 yaşlı Baş naziri Mahathir Mohamadın vəzifəsindən ayrılmaqla bağlı qərarı hökumət başçısının müstəqil şəkildə qərar qəbul etməsinə icazə verib.

Bu barədə “Report” “Qazeta.ru”ya istinadən xəbər verir.

Baş nazir ona verilən bu müstəsna hüquqdan qürur duyduğunu söyləyib.

M.Mohamad 2019-cu ilin sonunda 2030-cu ilə qədər hakimiyyətdə qalacağını istisna etməmişdi. O, yalnız əvvəlki hökumətin yaratdığı problemləri həll etdikdən sonra postundan gedəcəyinə söz verib.

Xatırladaq ki, M.Mohamad 2018-ci ildə müxalifət koalisiyasından Baş nazir vəzifəsinə seçilib. O, 1981-2003-cü illərdə isə hakim partiya adından hökuməti idarə edib.

Son xəbərlər

Orphus sistemi