Yuxarı

Bu ilin noyabrında Türkiyədə növbədənkənar parlament seçkiləri keçirilə bilər

AKP ilə CHP arasında danışıqlar nəticəsiz başa çatıb

Bakı. 13 avqust. REPORT.AZ/ Türkiyənin baş naziri səlahiyyətlərini icra edən, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu arasında ölkədə koalisiya hökumətinin qurulması istiqamətində aparılan danışıqlar nəticəsiz başa çatıb.

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, tərəflər arasında 1 saat 30 dəqiqə davam edən görüşdə müsbət nəticə əldə olunmayıb.

Adının açıqlanmasını istəməyən CHP səlahiyyətlisi "Reuters" agentliyinə açıqlamasında tərəflər arasında danışıqların nəticəsiz başa çatdığını bildirib. 

AKP səlahiyyətlisi isə hakim partiyanın Milliyyətçi Hərəkat Partiyası (MHP) ilə koalisiya hökuməti qurması ehtimalının çox zəif olduğunu və Türkiyədə ən azı üç ay ərzində, yəni bu ilin noyabrında növbədənkənar parlament seçkilərinin keçiriləcəyini qeyd edib.  

Ə.Davudoğlu və K.Kılıçdaroğlunun məsələylə bağlı ayrı-ayrılıqda mətbuat konfransları keçirəcəyi açıqlanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi