Yuxarı

Bu il Yunanıstana gələn qaçqın sayında artım olub

İlin əvvəlindən bu günə kimi 309 min 356 nəfər məhz Yunanıstandan keçməklə Avropaya gediblər

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu il Yunanıstana gələn qaçqın sayında artım olub. "Report" xarici mətbuata istinadən xəbər verir ki, təkcə son bir ayda Midili adasına gün ərzində təxminən iki min qaçqın gəlib.

Təxminən 40 nəfərlik qrup halında gələn qaçqınlar adaya gəlmək üçün rezin qayıqlardan istifadə ediblər. Həmin adaya gələn qaçqınlar daha sonra Afinanın Pire limanına doğru hərəkət edirlər.

Rəsmi mənbələrin məlumatına görə, Yunanıstana gələn qaçqınların sayı ötən illərlə müqayisədə 3 dəfə artıb. Belə ki, ilin əvvəlindən bu günə kimi 309 min 356 nəfər məhz Yunanıstandan keçməklə Avropaya gediblər.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi