Bu il Suriya ilə sərhəddə beş azərbaycanlı saxlanılıb

Bu il Suriya ilə sərhəddə beş azərbaycanlı saxlanılıb Bu ilin birinci yarısında Türkiiyədə Suriyaya qanunsuz keçmək istəyən 457 nəfər saxlanıb
Digər ölkələr
24 İyul , 2015 00:22
Bu il Suriya ilə sərhəddə beş azərbaycanlı saxlanılıb

Bakı. 24 iyul. REPORT.AZ/ Türkiyənin “Anadolu” xəbər agentliyi ölkənin sərhəd xidmətinə isnadən bu ilin ilk yarısında Suriyaya qanunsuz keçmək istəyən 457 nəfəri saxladığı barədə xəbər yayıb.

"Report" Amerikanın səsinə istinadən xəbər verir ki, bu 457 nəfər 32 ölkəni təmsil edir və bu sırada Azərbaycanın 5 vətəndaşı da var. Saxlanılanların çoxu Çində yaşayan uyğur türkləridir və onlar 241 nəfərdirlər.

Bununla yanaşı, Rusiyanın 56, Fələstinin 30, Türkmənisatnın 29, Böyük Britaniyanın 13, Fransanın 12, Səudiyyə Ərəbistanının 9, Əfqanıstanın 7 vətəndaşının Suriyaya keçməsinin qarşısı alınıb. Əfqanıstan, Cənubi Koreya, Tacikistandan hər birindən 6 nəfər, Azərbaycanla yanaşı, Almaniya, Belçika və Niderlanddan hər birindən 5 nəfər sərhədi qnaunsuz keçmək istəyib.

Daha 18 ölkədən gəlmiş 1-3 nəfər arasında olan əcnəbilər saxlanılıb. Suriyaya keçmək istəyənlər sırasında Avstraliya, Braziliya, Trinidad və Tobaqo ölkələrinin vətəndaşları da olub.

Son xəbərlər

Orphus sistemi