Bakı. 10 may. REPORT.AZ/ Bu gün Bakı vaxtı ilə saat 10:00-da bütün Polşa ərazisində növbəti dövlət başçısı seçkilərinin keçirilməsi üçün 27 mindən artıq seçki məntəqəsi açılacaq.
"Report" TASS-a istinadən xəbər verir ki, bu posta 11 namizəd qeydə alınıb, lakin ölkədə aparılan sosioloji sorğulara əsasən, bu siyahıdan yalnız 3 nəfər səslərin 10 faizini əldə edə bilər.
Yerli mətbuat hazırkı dövlət başçısı Bronislav Komorovskini prezident yarışmasının lideri olaraq görür. Son ictimai rəy sorğusu zamanı seçicilərin 35 faizi səslərini Komorovskiyə verməyə hazır olduqlarını bildiriblər.
Komorovskinin əsas rəqibi "Qanun və Ədalət" müxalifət partiyasından olan namizəd Anjey Duda səslərin 27 faizini toplayıb.
Seçkiqabağı yarışmanın ən böyük gözlənilməzliyi rok musiqiçisi Pavel Kukizin populyarlığının sürətlə artmasıdır. O, seçkiqabağı reytinqdə səslərin 15 faizini yığıb.