Bu gün Keniyada prezident, parlament və yerli orqanlara seçkilər keçiriləcək

Bu gün Keniyada prezident, parlament və yerli orqanlara seçkilər keçiriləcək Şərqi Afrikanın ən böyük iqtisadi ölkəsi olan Keniyada bu gün prezident, parlament və yerli idarəetmə orqanlarına seçkilər keçiriləcək.
Digər ölkələr
9 Avqust , 2022 04:26
Bu gün Keniyada prezident, parlament və yerli orqanlara seçkilər keçiriləcək

Şərqi Afrikanın ən böyük iqtisadi ölkəsi olan Keniyada bu gün prezident, parlament və yerli idarəetmə orqanlarına seçkilər keçiriləcək.

“Report” xəbər verir ki, dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparır. Konstitusiya ilə müəyyən edilmiş iki müddətlik məhdudiyyət səbəbindən hazırkı prezident Uhuru Kenyatta növbəti marafonda namizəd kimi iştirak edə bilmir. Kenyatta 2013 və 2017-ci illərdə Prezident seçilib.

Seçkilər yerli vaxtla saat 06:00-da başlayacaq və saat 17:00-a qədər davam edəcək.

Prezidentliyə iddalı olan dördlük arasında favoritlər 2008-2013-cü illərdə Baş nazir vəzifəsində çalışmış Raila Odinqa və respublikanın vitse-prezidenti Uilyam Rutodur.

Keniyada prezident seçkiləri iki turda keçirilir, əgər birinci turda namizədlərdən heç biri ölkənin mövcud 47 dairəsinin azı 24-də 50 %+ 1 % səs toplaya bilməsə, ikinci tur keçirilməlidir. Birinci tur ikinci turdan sonrakı 30 gün ərzində təşkil olunmalıdır.

Keniyada prezident seçkiləri ilə eyni vaxtda parlamentin hər iki palatasına seçkilər, eləcə də yerli hakimiyyət orqanlarına seçkilər keçiriləcək. Partiyalar və koalisiyalar 7 000-dən çox namizəd irəli sürüb. Parlamentin 349 deputatından 290-ı birbaşa majoritar sistemlə bir turda seçilir.

Qalan yerlər 47 dairədən seçilən qadınlar üçün nəzərdə tutulub. 67 senatorun olduğu yuxarı palataya seçkilər xüsusi sxem üzrə keçirilir. Hər dairədən yalnız 47 senator birbaşa seçilir.

Hazırkı seçkilərdə bütün səviyyələrdə namizədlərin ümumi sayı 16 098 nəfərdir. Onlar 1 882 yer uğrunda mübarizə aparır. Keniyada 22,1 milyon seçici var, onların 40 %-i 30 yaşdan aşağıdır.

Son xəbərlər

Orphus sistemi