Bu gün İsrailin Knessetində (ölkə parlamenti-red) yeni prezident seçkiləri keçiriləcək.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Yeni seçilmiş namizəd iyulun birinci ongünlüyündə İsrail prezidenti Reuven Rivlini əvəz edəcək və yəhudi dövlətinin 11-ci olacaq.
"İsrailin növbəti prezident seçkiləri çərşənbə günü - 2 iyunda olacaq. Prezident seçkiləri Knessetin plenumunda gizli səsvermə yolu ilə keçiriləcək", - parlament mətbuat xidməti bildirib.
Prezident kürsüsünə iki namizəd iddialıdır. Bunlardan biri 2018-ci ildən “Soxnut” agentliyinə rəhbərlik edən İsрak Hersoq və ölkə tarixində preяident seçkilərində ikinci qadın namizəd Miryam Peresdir.
İsrailin hazırkı prezidenti Reuven Rivlinin səlahiyyət müddəti 9 iyulda başa çatacaq. Qanuna əsasən onun yerinə seçkilər bu tarixdən 30 gün əvvəl keçirilməlidir.