Yuxarı
    Bağlamaq

    Bu gün Hamburqda G20 sammitinin açılışı olacaq

    Almaniya sammitdə bir sıra mövzuları prioritet kimi müəyyənləşdirib© EPA/LUKAS BARTH

    Bakı. 7 iyul. REPORT.AZ/ Bu gün Hamburqda böyük "İyirmilik" ölkələri liderlərinin iki günlük sammitinin açılışı olacaq.

    "Report" "TASS"a istinadən xəbər verir ki, G20-yə sədrlik 2016-cı ilin dekabrında Almaniya Federativ Respublikasına keçib.

    Almaniya sammitdə bu mövzuları prioritet kimi müəyyənləşdirib: - iqlim dəyişikliyinə qarşı mübarizə, Afrikanın inkişafı, planetdə aclığın nəticələrinin aradan qaldırılmasına yardım, cəmiyyətdə qadının rolunun gücləndirilməsi.

    Sammitin ilk iş günündə terrorizmə qarşı mübarizə, iqlim, ticarət və iqtisadi problemlər müzakirə olunacaq. Sammitin ikinci günü Afrikada vəziyyətin yaxşılaşdırılması, miqrasiya problemi, səhiyyə və rəqəmsal texnologiyaların inkişafı barədə müzakirələrə həsr olunacaq.

    Lakin "İyirmilik" ölkələri liderlərinin rəsmi proqramları bunlarla məhdudlaşmayacaq və onlar ikitərəfli və çoxtərəfli görüşlər keçirəcəklər. Onlardan ən çox gözlənilənlərdən biri də Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Trampın görüşü olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi