Bu gün Çilidə prezident seçkilərinin ikinci turu keçiriləcək

Bu gün Çilidə prezident seçkilərinin ikinci turu keçiriləcək Bu gün Çilidə prezident seçkilərinin növbəti- ikinci turunda səsvermələr keçiriləcək.
Digər ölkələr
19 Dekabr , 2021 02:03
Bu gün Çilidə prezident seçkilərinin ikinci turu keçiriləcək

Bu gün Çilidə prezident seçkilərinin növbəti- ikinci turunda səsvermələr keçiriləcək.

“Report” xəbər verir ki, ən yüksək post uğrunda solçu Qabriel Borik və sağçı, Respublikaçılar Partiyasından Xose Antonio Kast mübarizə aparır.

“Cadem” şirkətinin dekabrın 3-də açıqladığı sorğunun nəticələrinə görə, respondentlərin 40%-i Borikə, 35%-i Kasta səs verməyə hazırdır. Qalan 25% isə səs verməyə hazırlaşmayacağını və ya hələ seçim etmədiyini cavablandırıb.

Çilidə prezident seçkilərinin birinci turu noyabrın 21-də keçirilib. Seçkilərdə 7 namizəd iştirak edib. Lakin birinci turda namizədlərdən heç biri qanunvericilikdə tələb olunan səsləri toplaya bilməyib.

Çili qanunlarına görə, birinci turda qalib gəlmək üçün 50% + 1 səs toplamaq tələb olunur. Bununla belə, kampaniyanın liderləri, sağçı namizəd Xose Antonio Kast və onun əsas rəqibi Qabriel Borik müvafiq olaraq 27,97 və 25,70% səs toplayıblar.

Son xəbərlər

Orphus sistemi