Almaniyanın Şimali Reyn Vestfaliya əyalətində yaşayan 30-a yaxın azərbaycanlının bu gün deportasiya ediləcəyi gözlənilir.
“Report”un Avropa bürosunun əldə etdiyi məlumatda deyilir ki, onlar əsasən sığınacaq istəyi rədd edilən və barəsində deportasiya qərarı çıxarılan şəxslərdir.
Əyalətin müxtəlif şəhərlərindəki ünvanlarından polis və miqrasiya idarəsinin əməkdaşları ilə birgə Düsseldorf şəhərinə gətirilən azərbaycanlılar hava limanının yaxınlığında yerləşən və deportasiya ediləcək şəxslər üçün nəzərdə tutulan yataqxanaya yerləşdiriliblər.
Onların bu gün xüsusi çarter reysi ilə Azərbaycana göndərilməsi gözlənilir. Təyyarə Bakı vaxtı ilə 17:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edəcək.
Məlumat üçün bildirək ki, Almaniyadan kütləvi belə deportasiya sonuncu dəfə bu ilin mart ayında həyata keçirilib. Bu ölkədə qanunsuz yaşayan 50-yə yaxın Azərbaycan vətəndaşı çarter reysi ilə Vətənə gətirilib.