Tramp: "Demokratlar məni əmin etdilər ki, impiçment prosedurunu işə salmayacaqlar"

Tramp: "Demokratlar məni əmin etdilər ki, impiçment prosedurunu işə salmayacaqlar" Bakı. 5 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, Konqresdə demokratların liderləri ilə görüşdə qarşı tərəfin nümayəndələri onu impiçment prosedurunu işə salmaq niyyətində olmadıqlarına inandırıblar.
Digər ölkələr
5 Yanvar , 2019 06:56
Tramp: Demokratlar məni əmin etdilər ki, impiçment prosedurunu işə salmayacaqlar
AP

Bakı. 5 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, Konqresdə demokratların liderləri ilə görüşdə qarşı tərəfin nümayəndələri onu impiçment prosedurunu işə salmaq niyyətində olmadıqlarına inandırıblar.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlər qarşısındakı çıxışında ABŞ prezidentinin özü bildirib.

"Mən onlara dedim: əgər siz impiçmentə başlamağa hazırlaşsanız.. Pelosi (Nümayəndələr Palatasının yeni spikeri Nensi-red) cavab verdi ki, "biz impiçmentə hazırlaşmırıq", - deyə Tramp vurğulayıb.

Daha əvvəl demokratların Nümayəndələr Palatasındakı lideri Nensi Pelosi bildirib ki, ABŞ prezidenti Donald Trampın impiçmenti istisna olunmur. Bununla yanaşı, bildrilirdi ki, Nümayəndələr Palatasının üzvü Bred Şerman yeni çağırış Konqresin ilk iş günündə ABŞ prezidenti Donald Trampın impiçmenti haqqında qətnamə irəli sürməyi planlaşdırır. 

Son xəbərlər

Orphus sistemi