Çin ABŞ-ı qarşılıqlı etimadı yaxşılaşdırmağa çağırıb

Çin ABŞ-ı qarşılıqlı etimadı yaxşılaşdırmağa çağırıb Bakı. 30 dekabr. REPORT.AZ/ Çinin Xarici İşlər Nazirliyi ABŞ-ı ölkələr arasında strateji qarşılıqlı etimadı yaxşılaşdırmağa və anlaşılmazlığın qarşısını almağa çağırıb.
Digər ölkələr
30 Dekabr , 2018 11:55
Çin ABŞ-ı qarşılıqlı etimadı yaxşılaşdırmağa çağırıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Çinin Xarici İşlər Nazirliyi ABŞ-ı ölkələr arasında strateji qarşılıqlı etimadı yaxşılaşdırmağa və anlaşılmazlığın qarşısını almağa çağırıb.

"Report" xəbər verir ki, bu barədə CGTN Çinin diplomatik idarəsinə istinadən bildirir.

Qeyd edilir ki, bəyanat rəsmi Pekin və Vaşinqton arasında ikitərəfli əlaqələrin qurulmasının 40-cı ildönümü ilə əlaqədar yayılıb.

Daha əvvəl "The Wall Street Journal" bildirib ki, Çin və ABŞ ticarət münasibətləri sahəsində mövcud məsələlərin nizama salınması üçün razılaşmanın hazırlanmasına başlayıb.

Eyni zamanda ABŞ prezidenti Donald Tramp bildirib ki, Çin ilə ticarət sövdələşməsi üzrə danışıqlar "çox yaxşı irəliləyir". 

Son xəbərlər

Orphus sistemi