ABŞ və Çin liderlərinin görüşünün tarixi açıqlanıb - YENİLƏNİB

ABŞ və Çin liderlərinin görüşünün tarixi açıqlanıb - YENİLƏNİB ABŞ prezidenti Co Bayden noyabrın ortalarında Çin Xalq Respublikasının lideri Si Cinpinlə görüşəcək.
Digər ölkələr
1 Noyabr , 2023 17:44
ABŞ və Çin liderlərinin görüşünün tarixi açıqlanıb - YENİLƏNİB

ABŞ Prezidenti Cozef Baydenlə Çin Xalq Respublikasının sədri Si Cinpinin noyabrın 15-17-də Fransiskoda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu çərçivəsində görüşü gözlənilir.

“Report” “Financial Times”a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu görüş iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm rol oynaya bilər.

10:35

ABŞ Prezidenti Cozef Bayden noyabrın ortalarında Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşəcək.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, liderlərin San-Fransiskoda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu çərçivəsində konstruktiv müzakirə aparacaqlarına dair prinsipial razılıq var.

Forumun dəqiq tarixi və görüşün gündəliyi açıqlanmayıb.

Son xəbərlər

Orphus sistemi