Brüsseldə pandemiya məhdudiyyətlərinə qarşı Ümumavropa mitinqi keçirilib

Brüsseldə pandemiya məhdudiyyətlərinə qarşı Ümumavropa mitinqi keçirilib Avropa İttifaqının müxtəlif ölkələrindən yüzlərlə sakin pandemiya məhdudiyyətlərinə etiraz olaraq Brüsseldə nümayişə çıxıb.
Digər ölkələr
12 Sentyabr , 2021 01:01
Brüsseldə pandemiya məhdudiyyətlərinə qarşı Ümumavropa mitinqi keçirilib

Avropa İttifaqının müxtəlif ölkələrindən yüzlərlə sakin pandemiya məhdudiyyətlərinə etiraz olaraq Brüsseldə nümayişə çıxıb.

"Report" bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Aksiya Birləşmiş avropalılar hərəkatı tərəfindən təşkil edilib. Polis mitinqin keçirilməsinə icazə verib.

Nümayiş iştirakçıları Avropa Komissiyası və Avropa Şurasının ofislərinin yerləşdiyi küçələrdən keçiblər.

Bundan əvvəl Birləşmiş avropalılar hərəkatı peyvənd sertifikatından imtina etməyi və Avropa İttifaqı daxilində sərbəst hərəkət etmək qabiliyyətini yeniləməyi tələb edən petisiya dərc edib.

"Bu məhdudiyyətlər tamamilə ləğv edilməlidir, belə olan təqdirdə peyvənd pasportuna ehtiyac aradan qalxacaq", - sənəddə deyilir.

Son xəbərlər

Orphus sistemi