Brüsseldə ​NATO-nun fövqəladə toplantısı başlayıb

Brüsseldə ​NATO-nun fövqəladə toplantısı başlayıb Toplantıda Türkiyə Rusiya qırıcısının vurulması ilə ölkənin hava məkanını pozduğunu özündə əks etdirən radar izlərini üzv ölkələrə təqdim edəcək
Digər ölkələr
24 Noyabr , 2015 20:50
Brüsseldə ​NATO-nun fövqəladə toplantısı başlayıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Brüsseldə NATO Şurasının Türkiyə hava məkanını pozması səbəbindən Rusiya məxsus qırıcı təyyarənin vurulması ilə bağlı fövqəladə toplantısı başlayıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyənin istəyilə ilə keçirilən iclada NATO baş katibi və Alyansa üzv ölkələrin səfirləri qatılıb.

Toplantıda Türkiyə Rusiya qırıcısının vurulması ilə bağlı məlumat verəcək və ölkənin hava məkanını pozduğunu özündə əks etdirən radar izlərini üzv ölkələrə təqdim edəcək.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiyanın Suriyadakı hərbi aviasiya qrupuna məxsus "Su-24" döyüş təyyarəsi Türkiyənin hava sərhədini pozub. Türkiyə Hərbi Hava Qüvvələri ərazini tərk etmələri üçün ruslara 10 dəfə xəbərdarlıq edib. Bundan sonra Türkiyənin "F-16" qırıcıları "Su-24"ü zərərsizləşdirib.

Son xəbərlər

Orphus sistemi