Bakı. 7 mart. REPORT.AZ/ Bu gün Belçikanın paytaxtı Brüsseldə miqrasiya üzrə Avropa İttifaqı (Aİ) -Türkiyə sammiti keçiriləcək.
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, sammitə Aİ-yə üzv olan 28 ölkə rəsmiləri ilə yanaşı Türkiyənin hökumət başçısı Ahmet Davutoğlu da iştirak edəcək.
Avropa İttifaqı Şurasının sədri Donald Tusk müzakirələrdə əsas diqqətin qanunsuz miqrasiya ilə mübarizəyə yönələcəyini bildirib.