Brüsseldə Aİ-Türkiyə Assosiasiyası Şurasının iclası keçiriləcək

Brüsseldə Aİ-Türkiyə Assosiasiyası Şurasının iclası keçiriləcək Tərəflər Türkiyənin namizəd ölkə qismində Aİ-yə daxil olması haqqında danışıq aparacaq
Digər ölkələr
16 May , 2015 23:11
Brüsseldə Aİ-Türkiyə Assosiasiyası Şurasının iclası keçiriləcək

Bakı. 16 May. REPORT.AZ/ Mayın 18-də Brüsseldə Aİ-Türkiyə Assosiasiyası Şurasının iclası keçiriləcək. Aİ nümayəndə heyətinə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Federika Moqerininin adından Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs başçılıq edəcək.

İclasda Aİ ilə Türkiyənin nümayəndə heyətləri Aİ-Türkiyə münasibətlərini və bu münasibətləri yaxşılaşdırmaq imkanları barədə fikir mübadiləsi aparacaqlar. Tərəflər Türkiyənin namizəd ölkə qismində Aİ-yə daxil olması haqqında danışıqların gedişatını və perspektiv məsələləri müzakirə edəcəklər. Bundan əlavə, regional təhlükəsizliyə, terrorizmə qarşı mübarizəyə və miqrasiya sahəsində əməkdaşlığa dair aktual məsələlər müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi