Brüssel polisi maşınında bomba olduğunu deyən sürücünü saxlayıb

Brüssel polisi maşınında bomba olduğunu deyən sürücünü saxlayıb Maşın Anderlext kommunasından Molenbek kommunasına gedirmiş
Digər ölkələr
8 Avqust , 2017 21:55
Brüssel polisi maşınında bomba olduğunu deyən sürücünü saxlayıb

Bakı. 8 avqust. REPORT.AZ/ Brüssel polisi bu gün işıqforun qırmızı işığından keçən və maşınında bomba olduğunu bildirən sürücünü saxlayıb.

"Report" xəbər verir ki, bu barədə şəhər prokurorluğunun rəsmi nümayəndəsi məlumat verib.

"Sürücü ən azı bir qadağanedici siqnaldan keçib və polisin dayan əmrinə məhəl qoymayıb. Bundan sonra təqib başlayıb. Polis avtomobilə bir dəfə atəş açıb. Onu saxlamaq mümkün olub", - məlumatda bildirilib.

Maşın Anderlext kommunasından Molenbek kommunasına gedirmiş. Hər iki kommunanın sakinləri arasında daha çox terrorçuluq ittihamları olur.

Qaydaları pozan şəxs isə saxlanıldıqdan sonra maşınında bomba olduğunu deyib. Polis isə istehkamçılar çağırıb.

İndi polis istehkamçıların araşdırmasının nəticəsini gözləyir. 

Son xəbərlər

Orphus sistemi