Yuxarı

Brüssel hava limanında çevik komanda yerləşdiriləcək

Hava limanlarında təhlükəsizliyin təmin olunması üzrə əlavə tədbirlər çərçivəsində krallıq hökuməti cəmi 200 xüsusi təlim keçmiş polis ayırır

Bakı. 5 sentyabr. REPORT.AZ/ Ekstremal vəziyyətlər, o cümlədən terror aktlarının baş verməsi halında çevik komanda 2017-ci ilin əvvəlindən başlayaraq daimi olaraq Brüsselin beynəlxalq hava limanında olacaq. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Belçika DİN rəhbəri Yan Yambonun bəyanatında deyilir. 

"Soir" qəzetinin məlumatına görə, hava limanlarında təhlükəsizliyin təmin olunması üzrə əlavə tədbirlər çərçivəsində krallıq hökuməti cəmi 200 xüsusi təlim keçmiş polis ayırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi