Yuxarı

​Brüssel hava limanı terror aktlarından sonra yenidən işləməyə başlayıb

Aeroport tam gücü ilə iyunun ortalarınadək işləyəcək

Bakı. 1 May. REPORT.AZ/ Bu gün Brüsselin "Zaventem" hava limanının uçuş zalı martda törədilən terror aktlarından sonra yenidən öz işini bərpa edib.

"Report" "Deutsche Welle"yə istinadən xəbər verir ki, sərnişinlər qeydiyyata alınmazdan əvvəl aeroportda açılış mərasimi keçirilib.

Aeroportun direktoru Arno Feystin məlumatına görə, açılış mərasimi məlum mart hadisələrindən 40 gün sonra baş tutub. O, hava limanının iyun ayının ortalarında tam gücü ilə işləyəcəyinə ümid etdiyini bildirib.

Martın 22-də Brüsselin "Zaventem" aeroportunda və "Malbek" metro stansiyasında baş verən güclü partlayışlar nəticəsində 32 nəfər həyatını itirib.

Terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi