Britaniya Avropadakı təlimlərə 8 min əsgər göndərəcək

Britaniya Avropadakı təlimlərə 8 min əsgər göndərəcək Böyük Britaniya Avropanın Şimal və Şərqində keçirilən hərbi təlimlərdə iştirak etmək üçün 8 minə yaxı əsgər göndərəcək.
Digər ölkələr
29 Aprel , 2022 09:50
Britaniya Avropadakı təlimlərə 8 min əsgər göndərəcək

Böyük Britaniya Avropanın Şimal və Şərqində keçirilən hərbi təlimlərdə iştirak etmək üçün 8 minə yaxı əsgər göndərəcək.

“Report” xərəbə verir ki, bu barədə məlumatı “Sky News” yayıb.

Bildirilib ki, Britaniya hərbi kontingentinin yerləşdirilməsi aprel-iyun aylarında başa çatacaq.

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles məsələ ilə bağlı açıqlama verib: “Təlimin gedişində qoşunlarımızın NATO üzrə müttəfiqlərimiz və Birgə Ekspedisiya Qüvvələrindəki tərəfdarlarımızla həmrəylik, güc nümayişində “soyuq müharibə” dövründən sonra ən böyük birgə təlimlərdən birində birləşəcəyini görəcəyik".

Məlumatda qeyd edilib ki, krallığın quru qoşunları ilə yanaşı Finlandiyadan Şimali Makedoniyayadək ərazidə Britaniyanın onlarla tankı və yüzdən çox zirehli döyüş maşını yerləşdiriləcək.

Britaniyanın Quru Qoşunları komandanı general-leytenant Ralf Vudiss bildirib ki, təlimin başlıca məqsədi “Rusiya təcavüzünü qarşısını” almaqdır.

Məlumata görə, təlimin yayda keçiriləcəyi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi