Yuxarı

​Britaniyanın yeni baş naziri DİN rəhbərliyini xanıma tapşırıb

52 yaşlı xanım bundan əvvəl energetika və iqlim dəyişməsi problemləri üzrə nazir vəzifəsini tutub

Bakı. 13 iyul. REPORT.AZ/Britaniyanın daxili işlər naziri xanım Amber Radd təyin edilib.

"Report" TASSa istinadən xəbər verir ki, bu qərarı krallığn yeni baş naziri Tereza Mey qəbul edib.

İnformasiyaya əsasən, 52 yaşlı xanım Amber Radd bundan əvvəl energetika və iqlim dəyişməsi problemləri üzrə nazir vəzifəsini tutub.

Keçmiş xairic işlər naziri Filip Hemmond isə Maliyyə naziri təyin edilib. Bu vəzifədə o, Corc Ozbornu əvəzləyib. Corc Ozborn isə öz xahişi ilə tutuduğu vəzifədən istefa verib.

2014-cü ildən müdafiə naziri işləyən Maykl Fellon öz postunda qalıb.

Qeyd edək ki, Tereza Mey bu gün baş nazir vəzifəsinin icrasına başlayıb. O bu postda Devid Kemeronu əvəz edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi