Britaniyanın Şimali İrlandiya üzrə dövlət katibi istefa verib

Britaniyanın Şimali İrlandiya üzrə dövlət katibi istefa verib Böyük Britaniyanın Şimali İrlandiya üzrə dövlət katibi Brendon Lyuis Baş nazir Boris Consonun hökumətindəki kəskin siyasi böhran fonunda istefa verib.
Digər ölkələr
7 İyul , 2022 00:14
Britaniyanın Şimali İrlandiya üzrə dövlət katibi istefa verib

Böyük Britaniyanın Şimali İrlandiya üzrə dövlət katibi Brendon Lyuis Baş nazir Boris Consonun hökumətindəki kəskin siyasi böhran fonunda istefa verib.

“Report” xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Dövlət katibi Boris Consonu istefaya çağıran kabinet üzvləri arasında olub. Lakin Baş nazir bundan imtina edərək, həmkarlarını ölkə üçün çox ehtiyac duyulan iqtisadi artıma nail olmağa çağırıb. Brendon Lyuis hökuməti tərk edən 3-cü nazir və 39-cu müavin olub.

Son xəbərlər

Orphus sistemi