Britaniyanın Müdafiə Qərargahının rəisi: Rusiya NATO ilə müharibə istəmir

Britaniyanın Müdafiə Qərargahının rəisi: Rusiya NATO ilə müharibə istəmir Rusiya NATO ilə müharibə istəmir.
Digər ölkələr
29 Fevral , 2024 17:29
Britaniyanın Müdafiə Qərargahının rəisi: Rusiya NATO ilə müharibə istəmir

Rusiya NATO ilə müharibə istəmir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Müdafiə Qərargah rəisi Entoni Radakin deyib.

Onun sözlərinə görə, bu, Rusiya üçün çətin ola bilər: “Rusiya təhlükəli ölkə olduğunu nümayiş etdirib, lakin NATO qoşunları ilə üz-üzə gəlmək onun üçün mürəkkəb ola bilər”.

E.Radakin bildirib ki, Rusiyanın NATO-ya qarşı hər hansı hücumu ciddi nəticələrə səbəb olacaq: “Məsələ burasındadır ki, Rusiya ordusu Ukraynada hələ bütün strateji tapşırıqları yerinə yetirə bilməyib. Rusiya ordusu daimi döyüş əməliyyatları aparmaq iqtidarında olmadığını nümayiş etdirib. Onun hava qüvvələri havaya nəzarəti ələ keçirə bilməyib. Rusiya donanmasının 25 faizini itirib. Rusiya ordusu, həmçinin 3000-ə yaxın tank, 1500-ə yaxın artilleriya qurğusu və 5000-dən çox zirehli döyüş maşını itirib”.

Qeyd edək ki, bundan əvvəl NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer Alyansın Rusiya ilə müharibəyə hazır olduğunu bildirib. Almaniyanın müdafiə naziri Boris Pistorios isə söyləyib ki, qarşıdakı illərdə Rusiya ilə Alyans arasında savaş başlaya bilər. NATO-nun Baş katibi Yens Stoltenberq isə bildirmişdi ki, Alyans Rusiya ilə müharibənin qarşısını almağa çalışır.

Daha əvvəl Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Patrik Sanders Rusiya ilə müharibəyə hazır olmaqla bağlı əhaliyə xəbərdarlıq edib. Yens Stoltenberq isə Rusiya iqtisadiyyatının uzunmüddətli müharibəyə hazırlandığı barədə açıqlama verib. Həmçinin, NATO-nun müdafiə naziri Byorn Arild Qram da Rusiya ilə müharibəyə hazır olmaq barədə xəbərdarlıq edib.

Estoniya kəşfiyyatı isə məlumat yaymışdı ki, Rusiya nə qədər lazımdırsa, müharibəni uzatmağa hazırdır. Litva XİN başçısı Qabrielius Landsbergis da Rusiyanın NATO ölkələrinə gözlənilməz hücumu barədə xəbərdarlıq edib. Artıq Rəsmi Moskva da NATO ilə birbaşa toqquşma barədə xəbərdarlıq edib. Sloveniyanın xarici işlər naziri Tanya Fajonun fikrincə də belə bir müharibə gözləniləndir.

Son xəbərlər

Orphus sistemi