Britaniyanın kral ailəsinə sui-qəsd planlaşdıran şəxsə 28 il həbs cəzası verildi

Britaniyanın kral ailəsinə sui-qəsd planlaşdıran şəxsə 28 il həbs cəzası verildi Britaniya məhkəməsi şahzadə Corc və kral ailəsinin digər üzvlərinə qarşı qətl planlaşdıran Sahayb Abu barəsində azadlıqdan 28 il məhrumetmə cəzası çıxarıb
Digər ölkələr
126
17 Fevral , 2021 02:27
Britaniyanın kral ailəsinə sui-qəsd planlaşdıran şəxsə 28 il həbs cəzası verildi

Britaniyanın Old-Beyli məhkəməsi kraliça II Yelizavetanın nəticəsi şahzadə Corc və kral ailəsinin digər üzvlərinə qarşı qətl planlaşdıran Sahayb Abu barəsində azadlıqdan 28 il məhrumetmə cəzası çıxarıb.

“Report” xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Məhkəmənin məlumatına görə, kişi COVID-19 pandemiyası zamanı terror aktını planlaşdırıb. Xüsusi halda, şahzadəni yeməli olduğu dondurma ilə zəhərləmək istəyib.

Sahayb Abu ötən ilin 9 iyulunda həbs edilib. Bir müddət əvvəl KİV sosial şəbəkələrdə bir nəfərin terror qrupu ilə əlaqə qurduğunu və oğlan uşağının təhsil aldığı təhsil müəssisəsində uşaqlara tədarük edilən dondurmaya zəhər qatmağı təklif etdiyini yazmışdı. Saxlanılan şəxs sonra günahını etiraf edib.

Daha əvvəl isə İŞİD terror qruplaşmasının üzvləri teleqram messencerində Böyük Britaniya kraliçası II Yelizavetanın nəticəsinə qarşı sui-qəsdi müzakirə ediblər. "Mirror"un xəbərinə görə, İŞİD terrorçularının arasındakı yazışmalardan birində şahzadə Corcun ünvanına təhdidlər aşkarlanıb. Terrorçular Britaniya kraliçasının nəticəsini Londonda, məktəbdə öldürməklə hədələyiblər.

Son xəbərlər

Orphus sistemi