Britaniyanın keçmiş baş naziri deputatlıqdan istefa verib
Digər ölkələr
- 08 mart, 2024
- 23:55
Böyük Britaniyanın keçmiş baş naziri Tereza Mey növbəti parlament seçkilərində iştirak etməyəcək.
“Report” xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Uzun müddət və diqqətlə düşünüb anladım ki, seçicilərimin layiq olduğu şəkildə millət vəkili kimi öz işimi görə bilməyəcəm. Buna görə də növbəti ümumi seçkilərdə iştirak etməmək barədə çətin qərar verdim”-deyə, o bildirib.
Tereza Mey qeyd edib ki, o, Müasir Köləlik və İnsan Alveri üzrə Qlobal Komissiya ilə işinə diqqət yetirmək istəyir.
Bununla Meyin İcmalar Palatasındakı 27 illik səlahiyyət müddəti başa çatacaq. O, 2016-2019-cu illərdə Böyük Britaniya Nazirlər Kabinetinin rəhbəri vəzifəsini tutub və onun yerinə Boris Conson keçib.
Son xəbərlər
13:49
Ramin Məmmədov Bakıda vətəndaşları qəbul edib
Digər13:45
"Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar
Futbol13:32
Bakıda keçiriləcək dünya çempionatı üçün qeydiyyatdan keçən ölkələrin sayı 95-ə çatıb
Fərdi13:24
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
İnfrastruktur13:21
Foto
Video
Özbəkistan hərbçiləri birgə təlim üçün Azərbaycana gəlib
Hərbi13:18
Bakıda 3 nəfər saxlanılıb, onlardan 32 kq narkotik vasitə aşkarlanıb
Hadisə13:16
"Tottenhem" heyətini 2 yarımmüdafiəçi ilə gücləndirmək niyyətindədir
Futbol13:08
Məmmədəli Mehdiyev: "Dünya çempionatına yalnız qızıl medal üçün getmişdim"
Fərdi13:05
Foto