Britaniyanın İcmalar Palatası gələn həftə "Brexit"in müzakirəsinə başlayacaq

Britaniyanın İcmalar Palatası gələn həftə "Brexit"in müzakirəsinə başlayacaq Brexitin həyata keçirilməsi haqqında qanun layihəsi gələn həftə yenidən Britaniya parlamentinin İcmalar Palatasının gündəliyinə daxil ediləcək.
Digər ölkələr
14 Dekabr , 2019 01:59
Britaniyanın İcmalar Palatası gələn həftə Brexitin müzakirəsinə başlayacaq

"Brexit"in həyata keçirilməsi haqqında qanun layihəsi gələn həftə yenidən Britaniya parlamentinin İcmalar Palatasının gündəliyinə daxil ediləcək.

"Report" xəbər verir ki, bu barədə TASS-a məlumat yayıb.

Qeyd edilir ki, bu barədə Böyük Britaniyanın baş naziri Boris Consonun dəftərxanası tərəfindən yayılmış xəbərdə bildirilir.

Məlumata görə, palatanın yeni tərkibi billin müzakirəsini davam etdirəcək. 

"Baş nazir (telefon söhbətində) İrlandiyanın hökumət başçısına gələn həftə "Brexit" haqqında qanun layihəsinin yenidən daxil edildiyini və onun parlament tərəfindən bəyənildiyini bildirib", - deyə Boris Consonun İrlandiyanın baş naziri Leo Varadkarla danışığının nəticəsinə əsasən yayılan bəyanatda bildirilir.

İki ölkənin liderləri həmçinin 2017-ci ilin yanvarında yerli hökumətin dağılmasından sonra Şimali İrlandiyada hakimiyyət institutlarının bərpası məsələsini müzakirə ediblər. Conson öz həmkarını Britaniyanın Nazirlər Kabinetinin uzanmış böhranı həll etmək üçün bütün səyləri ortaya qoyacağına əmin edib. 

Son xəbərlər

Orphus sistemi